"Qayınana"da mənə zülm verdilər"
Şou-biznes 23 Tem 2025 11:14:00 80 0
Əməkdar artist Qorxmaz Əlilicanzadə "Qayınana" serialında yaşadığı çətinlikdən danışıb.
Bu haberi de oku: Dünyaca məşhur rokçu vəfat etdi
Son.az xəbər verir ki, aktyor "Elgizlə izlə" verilişində ekran işində ona qarşı haqsızlıqlar edildiyini bildirib:
"Rejissor filmə cavabdeh olur, yeni adam tapıb, aktyor yetişdirir. İndiki rejissorlar aktyorla işləməyi bacarmırlar. Aktyorun öhdəsinə verirlər hər şeyi. "Qayınana" serialında zülm çəkdim. Rolumu sıxırdılar. Mənə rol verdilər, xırda rollar oldu. Hamıya böyük yer ayırırdılar. Təsəvvür edin, sonda bir rol oldu: gəlib, deyirdim, arvad, gedirəm, mağazadan müğayət ol. Sonda gəlirdim, nə etdin? Dedim ki, dayanın, kim istəyir gəlib oynasın. Gedib məndən şikayət etdilər ki, özündən söz artırır. Məni əzməyə başladılar. Hətta baş rolda adımı yazmadılar. İndi həmin rejissorla haradasa üz-üzə gəlməyi gözləyirəm. Hamının içində onu pərt edəcəyəm".