"Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik"
Şou-biznes 23 Tem 2025 20:32:00 123 0
"Bir gün eşitdim ki, filankəs maşın alıb, ev təmir etdirib. Elgiz Əkbərə dedim ki, bunlar harada çalışır? Cavab verdi ki, Ərəb Əmirliyində gedib dilənib gəlirlər".
Bu haberi de oku: "Bir də Bodruma getməyəcəyəm"
Son.az xəbər verir ki, bu sözləri aktyor Sərxan Kərəmoğlu "Tarixin bir günü" verilişində deyib. Sərxan aparıcı Elgiz Əkbərlə bir vaxtlar qurduqları plandan danışıb:
"Dedim ki, öyrən gedək. Elgiz bir neçə gün sonra öyrəndi ki, filan ərəb ölkəsindədir. Dilənirsən, amma yaxşı geyimdə olursan. Kağıza yazırsan ki, hava limanında qalmışam, camaat 20-30 dollar verir. O vaxt Elgiz televiziyada deyildi. Həqiqətən biz də gedib orada dilənçilik etmək düşünürdük". (Axşam.az)
Kaynak: milli.az