Allahverdi Yolçuyev işlə təmin olundu


Şou-biznes 25 Tem 2025 23:22:00 97 0

Allahverdi Yolçuyev işlə təmin olundu

Sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub. 

Son.az xəbər verir ki, o, bu barədə Baku TV-yə danışıb:

"Corab satmağımla bağlı görüntülərdən sonra birdən-birə ajiotaj yarandı. Telefonlarım susmadı. Mədəniyyət nazirimiz Adil müəllimə təşəkkür edirəm. O, iki dəfə mənə zəng etdi, ehtiyacımı soruşdu. Dedim mənim üçün çətindir. Aldığım təqaüd dərmanlarıma çatmır. Məni Musiqili Komediya Teatrına işə bərpa etdilər. Aidiyyəti qurumlar artıq mənimlə maraqlanırlar. Corab satmaq da bir tarixə çevrildi".