Aygün Kazımovanın adı ölkədən qanunsuz pul çıxarılması işində keçir
Şou-biznes 26 Tem 2025 22:45:00 89 0
Müğənni, Xalq artisti Aygün Kazımovanın qanunsuz olaraq Azərbaycandan Türkiyəyə pul göndərdiyi iddia olunur.. Aygün Kazımova 11500 dolları qanunsuz yolla Türkiyəyə çatdırdığı bildirilir.
Bu haberi de oku: "Sağlığında yox, indi Aydınla fəxr edirəm"
Musavat.com-un əldə etdiyi eksklüziv məlumata görə, Bakıda qanunsuz pul dövriyyəsi ilə məşğul olan Nicat adlı şəxs saxlanılıb.
Onun Türkiyədə Əliabbas adlı şəxs vasitəsi ilə ölkədən qanunsuz yolla valyuta çıxarılması "sistemi"nə qoşulduğu müəyyən edilib.
Nicat adlı şəxs Bakıda qızıl alveri ilə məşğul olub. Türkiyədə olan Əliabbas adlı şəxsdən əvvəllər qızıl alaraq Bakıda satırmış. Sonra Əliabbas adlı şəxs ona valyuta göndərilməsi işinə qoşulmasını təklif edib.
Sistemə əsasən Türkiyəyə və digər xarici ölkələrə pul göndərmək istəyən şəxslər daha aşağı faiz ödəməklə Əliabbasla əlaqə saxlayıb. Əliabbas da həmin məbləğləri Nicat adlı şəxslə müxtəlif ünvanlara çatdırıb.
Xaricə pul çıxarmaq istəyən şəxslər pulu Nicata verib. Əliabbas isə pulun hansı ölkədə, kimə çatdırılmasını təmin edib.