Bülent Ersoy alovların içində qaldı – Menecerindən ilk açıqlama
Şou-biznes 26 Tem 2025 10:31:00 93 0
Türkiyəli məşhur sənətçi Bülent Ersoyun Antalyadakı villasının yaxınlığında yanğın hadisəsi baş verib.
Bu haberi de oku: Türkiyəli aktrisa 23 milyonluq dələduzluqda ittiham olunur
Son.az xəbər verir ki, yanğın Antalyanın Kundu səmtinin Güzeloba məhəlləsində qeydə alınıb. Hadisə zamanı sənətçinin ərazidə yerləşən villasına alovun keçdiyi bildirilir. Avqustun 9-da konsert verməsi planlaşdırılan Bülent Ersoy yanğın zamanı çaxnaşma yaşasa da, vəziyyəti yaxşıdır.
Antalya Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürənləri hadisəyə sürətlə müdaxilə edib və alovun yayılmasının qarşısını alıblar. Hadisə nəticəsində villaya ciddi ziyan dəymədiyi qeyd olunub.
Sənətçinin menecerlərindən biri olan Arzu Acay sosial şəbəkədə açıqlama verərək bunları bildirib:
"Divamızı çətinliklə də olsa təxliyyə etdik. Meşə ərazisi göz qırpımında yanıb kül oldu. Allah yanğınsöndürənlərimizə rəhmət eləsin, dərhal müdaxilə etdilər".
Yanğının səbəbi hələlik müəyyən edilməyib. Əraziyə cəlb olunan xilasedici qruplar soyutma işlərini davam etdirir.
Fidan Son.az