Kürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır
Digərləri 23 Tem 2025 10:40:00 83 0
Kürdəmir rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin əməkdaşları müvafiq qurumlarla birgə araşdırmalar aparır.
Bu haberi de oku: Sənədsiz evdə yaşayanların DİQQƏTİNƏ 15 gün vaxtınız var
Bu barədə Son.az-a AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirərək, nümunələrin götürülməsi və laborator müayinələrə cəlb edilməsi istiqamətində müvafiq prosedurları icra edirlər.
İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanan və ya düzgün saxlanılmayan müxtəlif qidalardan baş verib.
Faktla bağlı araşdırmalar davam edir.
Kaynak: milli.az