Sabahdan bu yol bağlı olacaq


Digərləri 23 Tem 2025 20:19:00 80 0

Sabahdan bu yol bağlı olacaq

Sabahdan Bakının Səbail rayonunda təmirlə bağlı yolda hərəkətə məhdudiyyət qoyulacaq. 

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sabah saat 08:00-dan iyulun 25-i saat 22:00-a qədər Bakının Səbail rayonunun Bayıl qəsəbəsinin Ziya  Yusifzadə (Xanlar) küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən küçənin Buxta küçəsilə kəsişməsindən Qəzənfər Əlizadə küçəsilə kəsişməsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.