Əmlak bazarında bahalaşma gözlənilir – Ekspertdən XƏBƏRDARLIQ
Digərləri 23 Tem 2025 09:33:00 66 0
"Payız aylarında daşınmaz əmlak bazarında qiymət artımı son illərdə illik olaraq müşahidə olunan sabit tendensiyaya çevrilib. Sentyabrdan başlayaraq ev alışı sürətlənir, qiymətlər təkcə tələb deyil, tikinti materiallarının bahalaşması deyil, spekulyativ amillərlə də yüksəlir".
Bu haberi de oku: Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ
Bunu Son.az-a açıqlamasında əmlak eksperti Mədət Ömərov deyib.
Əmlak bazarında payız aylarında baş verən qiymət artımı təsadüfi deyil - Ekspert bu prosesin arxasında duran 9 əsas səbəbi sadalayır.
O, qiymət artımının birdən çox səbəbdən qaynaqlandığını və bazarda həm təbii, həm də süni təsirlərin rol oynadığını vurğulayıb.
Tələb artımı
"Yay aylarında alıcı fəallığı nisbətən azalır, lakin sentyabr ayından etibarən əmlak bazarında canlanma başlayır. Rəsmi statistikaya əsasən, yalnız sentyabr ayında Bakıda mənzil alışı ilə bağlı müraciətlərin sayı yay ayları ilə müqayisədə 22% artıb", - deyə M.Ömərov qeyd edib.
Təhsil mövsümünün təsiri
Yeni dərs ilinin başlanması ilə tələbələr və ailələr ev axtarışına başlayır. Bu isə xüsusilə şəhər mərkəzində və universitetlərə yaxın ərazilərdə həm kirayə, həm də satış bazarında qiymətlərin qalxmasına səbəb olur.
Tikinti materiallarının bahalaşması
Ekspert bildirir ki, bu ilin ilk 8 ayı ərzində tikinti materiallarının qiymətində 18-20% artım qeydə alınıb:
"Bu, yeni tikililərin maya dəyərinə birbaşa təsir edir və nəticədə satış qiymətləri də artır"
İnflyasiya və alıcılıq qabiliyyətinin azalması
Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2025-ci ilin ilk yarısında ölkədə ümumi inflyasiya 6.8% təşkil edib. Alıcılıq qabiliyyətinin zəifləməsi fonunda daşınmaz əmlak daha da dəyərli investisiya vasitəsinə çevrilir və bu da qiymət artımını stimullaşdırır.
Spekulyativ amillər