"Azərpoçt" 277 minə maşınlar alır


Digərləri 21 Tem 2025 14:46:29 74 0

"Azərpoçt" 277 minə maşınlar alır

"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) pikap tipli avtomobillər satın alır.

Trend-in məlumatına görə, minimum 130 at gücündə 4 ədəd pikapın alınması nəzərdə tutulub.

Məlumata görə, təklif olunan avtomobillər son 18 ay istehsalı olmalıdır. Avtomobillər üçün istehsalçı tərəfindən verilən minimum 3 il və ya 100.000 km (hansı tez bitərsə) rəsmi zəmanət təqdim edilməlidir. 

"Azərbaycanda səlahiyyətli servis mərkəzinin olması və zəmanət müddətində texniki xidmətin təmin edilməsi xüsusi vacibdir. Avtomobillərin qeydiyyatı üçün bütün lazımi sənədlər (texniki pasport, dövlət nömrə nişanı, 1 illik icbari sığorta, 3 il müddətinə kasko siğortası) satıcı tərəfindən hazırlanmalı və alıcıya təqdim edilməlidir", - "Azərpoçt"un məlumatında qeyd edilib.