Ərdoğan: Azərbaycan Prezidenti Zəngəzur dəhlizinə böyük önəm verir


Digərləri 21 Tem 2025 14:21:00 82 0

Ərdoğan: Azərbaycan Prezidenti Zəngəzur dəhlizinə böyük önəm verir

Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, regionun digər dövlətlərinə də fayda verəcək.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz bu xətti (Zəngəzur dəhlizini) eyni zamanda, geoiqtisadi əhəmiyyətinə görə son dərəcə vacib hesab edirik. Bu, regionumuzdan kənar ölkələri birləşdirəcək və ticarəti stimullaşdıracaq. Ümid edirik ki, bu xətt ixtilaf mənbəyindən çox konsensus simvoluna çevriləcək. Bununla da bu region əməkdaşlığın üstünlük təşkil etdiyi çiçəklənən bir əraziyə çevriləcək. Biz region ölkələri olaraq bu məsələni konsensus yolu ilə həll edə bilərik", - Ərdoğan vurğulayıb.