Taksilərlə bağlı YENİLİK: Sürücülər gün ərzində yoxlanılacaq


Digərləri 21 Tem 2025 14:30:00 86 0

Taksilərlə bağlı YENİLİK: Sürücülər gün ərzində yoxlanılacaq

SİMA-nın üztanıma texnologiyası qeyri-qanuni taksi fəaliyyətinin qarşısının alınması məqsədilə "Bolt", "Uber" və "Yango" mobil tətbiqlərinə inteqrasiya edilir.

Son.az-ın əldə etdiyi məlumata görə,  taksi sürücülərinin həqiqətən tətbiqdə görünən sürücü olduğundan əmin olmaq üçün gün ərzində təsadüfi aralıqlarla SİMA-nın rəqəmsal həlli vasitəsilə şəxsiyyət təsdiqi tələb olunacaq.

Avtomobili sürən şəxs sürücü kimi qeydiyyatdan keçmiş şəxs deyilsə, avtomatik olaraq onun xətti bağlanacaq və müştəri götürə bilməyəcək.