Magistraturaya qəbulun nəticələri nə vaxt elan olunacaq? DİM


Digərləri 18 Tem 2025 12:55:00 71 0

Magistraturaya qəbulun nəticələri nə vaxt elan olunacaq?  DİM

Xəbər verdiyimiz ki, ali məktəblərin magistratura pilləsinə qəbul olunmaq üçün ixtisaslaşma seçimi iyulun 16-da başa çatıb.

İxtisaslaşma seçiminə magistraturaya 16 fevral və 11 may 2025-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılıblar. Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üzrə 26241 nəfər bakalavr imtahanlarda iştirak edib.

2025/2026-cı tədris ili üçün magistratura səviyyəsi üzrə 16794 plan yeri ayrılıb və onlardan 7014-ü dövlət sifarişi, 9780-i isə ödənişli əsaslarladır.