Rusiyada azərbaycanlı deputat istefaya göndərildi
Digərləri 17 Tem 2025 16:39:00 92 0
Rusiyada fəaliyyət göstərən azərbaycanlı deputat Xalid Tağızadə istefaya göndərilib.
Bu haberi de oku: Batma təhlükəsi ilə üzləşən yeniyetmələr belə xilas edildi
Son.az xəbər verir ki, Xantı-Mansiysk Muxtar Dairəsi Duması Yuqranın özbəklərin tarixi vətəni olması ilə bağlı bəyanatına görə əvvəllər maaşından və komitə sədrinin müavini vəzifəsindən məhrum edilmiş deputat Xalid Tağızadənin istefasını qəbul edib.
"Deputatlar dünən və bu gün səs veriblər. İstefa qəbul olunub, qətnamə təsdiqlənib və dərc olunmasını gözləyir", - Rusiya mətbuatı yazır.
İstintaqın nəticələrinə görə prokurorlar etiraf etsələr də, onun Yuqranın miqrantların mümkün vətəni olması ilə bağlı bəyanatında ekstremizm əlamətləri yoxdur, onun istefası "inzibati qərarlar"la bağlıdır.