Çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlanıldı VİDEO


Digərləri 17 Tem 2025 15:58:00 87 0

Çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlanıldı  VİDEO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Son.az-a verilən məlumata görə, tədbir zamanı Orxan Qarayev və Polad Mehdiyev saxlanılıblar.

Bildirilib ki, onların Salmanbəyli kəndi ərazisində yerləşən torpaq sahəsindən 70 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.