FETÖnün maliyyə şəbəkəsi çökdürüldü 26 nəfər saxlanıldı
Digərləri 15 Tem 2025 10:12:00 88 0
Türkiyədə FETÖ terror təşkilatının maliyyə strukturunu hədəf alan genişmiqyaslı əməliyyat çərçivəsində 9 vilayətdə eyni vaxtda aparılan basqınlarda 26 nəfər saxlanılıb.
Bu haberi de oku: "İphone"lardaki bu qara dairə nə üçündür? FOTO
Son.az xəbər verir ki, əməliyyat nəticəsində HAKMAR və TATBAK supermarketlər şəbəkəsinə qəyyumlar təyin edilib, qurumların qərargahlarında isə ciddi axtarışlar həyata keçirilib.
Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin koordinasiyalı əməliyyatı nəticəsində FETÖ-yə maliyyə dəstəyi verdiyi müəyyən olunan supermarketlər şəbəkəsinin sahibi Z.D. və keçmiş polis əməkdaşı C.G. ilə birlikdə ümumilikdə 26 şübhəli saxlanılıb.
İstanbulda yerləşən və ölkə üzrə 800-dən çox filialı olan HAKMAR və TATBAK supermarketlərinin FETÖ-nün maliyyə dayaqlarından biri olduğu müəyyən edilib. Əldə edilən məlumata görə, Z.D. xaricdən gələn təlimatlarla təşkilat üzvlərinə müntəzəm olaraq vəsait ötürür, "qurban ianələri", "həcc pulları" və "Zaman" qəzetinə üzvlük kimi vasitələrlə FETÖ-yə maliyyə dəstəyi toplayırdı.
İstintaq davam edir.
Fidan Son.az