Bəzi ərazilərdə qaz olmayacaq
Digərləri 15 Tem 2025 09:14:00 65 0
Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu haberi de oku: Dənizə gedənlərin nəzərinə: Çimərliklərdə görünməyən təhlükə VİDEO
"Azəriqaz"dan Son.az-a verilən məlumata görə, Moskva prospektində siyirtmənin quraşdırılması, həmçinin "Bülbülə" qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə 15.07.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Təmir işləri aparılan müddətdə Nəsimi rayonu üzrə Moskva prospektinin və Asif Məhərrəmov küçəsinin, Suraxanı rayonu üzrə isə Bülbülə qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunur.