Rusiyada hərbi təyyarə qəzaya uğradı
Digərləri 01 Tem 2025 16:03:00 80 0
Nijni Novqorod vilayətində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-27 tipli qırıcı təyyarə qəzaya uğrayıb.
Son.az xəbər verir ki, hadisə Kulebaki şəhəri yaxınlığında qeydə alınıb.
İlkin məlumatlara görə, təyyarədə olan iki pilot qəza zamanı katapult edərək havaya qalxıb. Onlardan biri artıq tapılıb, digəri isə axtarışdadır. Pilotların vəziyyəti ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Yerli mənbələr bildirir ki, qəza nəticəsində yerə və əhaliyə zərər dəyməyib.
Hadisənin səbəbi hələlik məlum deyil.
Fidan Son.az
Kaynak: milli.az