Bu şəxslər Azərbaycanı tərk etməlidirlər RƏSMİ
Digərləri 01 Tem 2025 15:50:00 88 0
Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
Bu haberi de oku: Qohumla yenidən qohum olmaq istəyənlərin dövrü bitdi Əks halda ağır nəticələr gözləyir!
Son.az xəbər verir ki, bununla bağlı Dövlət Miqrasiya Xidmətindən məlumat yayıb.
Bildirilib ki, 24 mart 2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazisində olan və COVID-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 31 iyul 2025-ci il tarixinədək Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsaslardan biri olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkə ərazisini tərk etməlidirlər.