Üç qurum partlayış baş verən kinostudiya ilə bağlı məlumat yaydı


Digərləri 01 Tem 2025 14:54:00 79 0

Üç qurum partlayış baş verən kinostudiya ilə bağlı məlumat yaydı

İyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən ibtidai istintaq aparılır.

Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, FHN və ANAMA-nın birgə məlumatında qeyd olunub.

Bildirilib ki, kompleks istintaq tədbirləri çərçivəsində əraziyə prokurorluq əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Fövqəladə Hallar Nazirliyinin (FHN) operativ qrupları da cəlb olunub və hadisə yerində baxış keçirilib.

"Əldə edilən sübutlar arasında patronlar, fişənglər, gilizlər, propan qaz balonları, eləcə də təlim məqsədilə istifadə olunan müxtəlif növ partlayıcı vasitələr də aşkarlanıb.


Habere ait fotoğraflar