Təltif edilənlərdən biri nazir müavinidir


Digərləri 25 Haz 2025 13:57:00 53 0

Təltif edilənlərdən biri nazir müavinidir

Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu gün 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunanlardan biri də Aqil Səlim oğlu Qurbanovdur.

Son.az xəbər verir ki, 39 yaşlı A.Qurbanov 2022-ci ildən müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsini icra edir.

2023-cü ildə dövlət başçısının növbəti Sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

2023-cü ildən etibarən isə müdafiə nazirinin müavini - Baş direktor vəzifəsindədir.