Ekspert: "İran məğlubiyyəti etiraf etməmək üçün siyasi ritorika işlədir"
Digərləri 23 Haz 2025 20:43:00 85 0
"İran parlamenti boğazı bağlamaqla bağlı qərar qəbul etsədə, özləri də bilir ki, bunun İranın Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməsi inandırıcı deyil. Oranı bağlamaq olar, amma bağlı saxlamaq mümkün olmaz. Çünki boğazı bağlı saxlamaq İranın qaldıra biləcəyi yük deyil".
Bu haberi de oku: İran təcili bəyanat yaydı
Son.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O, bildirib ki, hazırkı vəziyyətdə İran rəhbərliyinin səsləndirdiyi bəyanatlar daha çox daxili auditoriyanı sakitləşdirməyə yönəlib. Sanki bu məğlubiyyəti etiraf etməmək üçün siyasi ritorikadır. Reallıq isə odur ki, ABŞ və İsrail artıq əsas məqsədinə çatıb:
"Sadəcə əsas zəlzələdən sonra müəyyən "avtoşoklar" olan kimi burada da müəyyən raket atışları və gərginliklərin dalğa təsirləri ola bilər.
Kaynak: milli.az