Yer kürəsinin nüvəsindəki gözlənilməz kəşf alimlərin kainat anlayışını dəyişdirdi


Digərləri 24 Haz 2025 02:02:00 68 0

Yer kürəsinin nüvəsindəki gözlənilməz kəşf alimlərin kainat anlayışını dəyişdirdi

Alimlər məktəbdən bəri öyrəndiyimiz su dövranı anlayışını yenidən nəzərdən keçirməyə hazırlaşırlar. 

Son.az "Daily Galaxy" nəşrinə istinadən xəbər verir ki, bu qərara səbəb yer kürəsinin daxilində, unikal mineral strukturlarında sıxılmış şəkildə yerləşən nəhəng su rezervuarının aşkar olunmasıdır.

Hələ 2009-cu ildən etibarən geoloqlara məlum idi ki, yerin səthindən 400-600 kilometr dərinlikdə "rinqvudit" adlı nadir bir mineral mövcuddur. Bu mineralın tərkibində yüksək təzyiq altında sıxılmış su molekulları - hidroksil ionları - saxlanılır. Tədqiqatçılardan biri Qrehem Pirson həmin dövrdə bu su ehtiyatının tektonik plitələrin hərəkətləri ilə əlaqəsi ola biləcəyini irəli sürmüşdü.

2022-ci ildə Botsvanada da rinqvuditin tapılması, alimlərə Yer mantiyasında mövcud olan suyun miqyasını daha dəqiq təxmin etməyə imkan verdi. Onların ehtimalına görə, bu su ehtiyatı Yer okeanındakı su miqdarı ilə müqayisə oluna bilər.

Bu səbəbdən tədqiqatçılar artıq mövcud su dövranı modelini yenidən nəzərdən keçirməyə başlayıblar. Alimlərin fikrincə, suyun dövranı planetin tektonik aktivliyi ilə indiyə qədər düşünüləndən daha sıx şəkildə əlaqəlidir.