Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi
Digərləri 24 Haz 2025 00:12:00 72 0
Fars körfəzi üzərində hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxan bir sıra beynəlxalq reyslər planlaşdırılmış təyinat məntəqələrinə enə bilməyib və təhlükəsizlik məqsədilə alternativ hava limanlarına yönləndirilib.
Bu haberi de oku: "İranİsrail münaqişəsi dərinləşərsə, qiymətlər yüksələcək" ŞƏRH
Heydər Əliyev Beynəlxalq Aeroportundan Son.az-a bildirilib ki, "Qatar Airways" aviaşirkətinin Bakı-Doha və "Kuwait Airways"in Bakı-Küveyt reysləri Səudiyyə Ərəbistanının Ciddə Beynəlxalq Hava Limanında, "Wizz Air Abu Dhabi" aviaşirkətinin Bakı-Əbu Dabi reysi isə Mədinə Beynəlxalq Hava Limanında eniş edib.
Yaranmış vəziyyət beynəlxalq aviasiya təhlükəsizliyi protokolları çərçivəsində operativ şəkildə qiymətləndirilib və sərnişinlərin, eləcə də ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər dərhal həyata keçirilib. Son.az