AZALın BakıDəmmam istiqaməti üzrə reysi geri dönüb


Digərləri 23 Haz 2025 23:19:00 91 0

AZALın BakıDəmmam istiqaməti üzrə reysi geri dönüb

"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus Bakı-Dammam marşrutu üzrə J2 8205 nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, "Airbus" tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər. Son.az