Plastik cərrahlardan xəbərdarlıq: Bu estetik əməliyyatlardan imtina edin!
Digərləri 23 Haz 2025 19:28:00 62 0
Aqressiv üz gərmə əməliyyatları ciddi fəsadlara səbəb ola bilər və onlardan birmənalı şəkildə çəkinmək lazımdır.
Bu haberi de oku: Rəsmi iş yeri olmayanlara ipoteka veriləcək? AÇIQLAMA
Son.az xəbər verir ki, bu barədə gazeta.ru plastik cərrahlara istinadən yazıb.
Qeyd edilib ki, bir anda 10-15 il cavan görünməyə çalışmaq tez-tez "maska effekti" yaradır: "Belə hallarda üz həddindən artıq dartılmış, təbii olmayan, daim təbəssüm edən bir ifadə alır. Üstəlik, limfa axınının pozulması nəticəsində ödem və digər ağırlaşmalar yarana bilər. Əvəzində daha məqsədli və yumşaq texnikalarla yalnız ayrı-ayrı sahələrin korreksiyası daha effektiv olur və üz cizgilərinin fərdiliyini qoruyur".
Bildirilir edib ki, rinoplastika da yüksək dəqiqlik və anatomiya biliyi tələb edən mürəkkəb əməliyyatlardandır.
"Yanlış icra olunan rinoplastika nəfəs almaqda çətinlik, simmetriya pozğunluğu və digər estetik qüsurlara səbəb ola bilər. Əgər qərarınızdan əmin deyilsinizsə və uzun reabilitasiya dövrünə hazır deyilsinizsə, bu əməliyyata razılıq verməyin. Xüsusilə də, dəbdə olan ifrat dərəcədə qısa və dik burun formasına can atmaq çox vaxt süni və gülməli nəticələr verir", deyə nəşr yazıb.