Paytaxtın daha 3 ünvanında mindiribdüşürmə yerləri yaradılıb


Digərləri 23 Haz 2025 19:14:00 69 0

Paytaxtın daha 3 ünvanında mindiribdüşürmə yerləri yaradılıb

Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün daha 3 ünvanda xüsusi yerlər yaradılıb.

Bu barədə Son.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilir ki, növbəti belə yerlər Rəşid Behbudov küçəsində (Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının qarşısı), Rəşid Behbudov və Mikayıl Rəfili, eləcə də 28 May və Fikrət Əmirov küçələrinin kəsişmələrində təşkil edilib. Ərazilərdə müvafiq lövhələr də yerləşdirilib.