Elarizin qızı məhkəməyə çağırıldı


Digərləri 23 Haz 2025 16:23:00 82 0

Elarizin qızı məhkəməyə çağırıldı

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Nizami Alışanın ifadəsi elan olunub.

Daha sonra sənəd tədqiqi prosesinə keçilib.

N.Alışanın izahatında Babək Məmmədzadəyə 1 milyon 300 min manat borcu olduğu qeyd edilib. O isə bildirib ki, izahatda göstərilən imza ona aid deyil.

Təqsirləndirilən iddia edib ki, digər sənədləri də o imzalamayıb.

Vəkil Samir İsayev Nizami Alışanın həyat yoldaşının şahid qismində dindirilməsi ilə bağlı vəsatət verib.

Qeyd olunub ki, Nizami Alışan aprelin 9-da saxlanıldığını iddia edir, amma sənədlərdə onun aprelin 17-də saxlanıldığı qeyd olunub. Bu hadisə ilə bağlı tək şahid isə onun həyat yoldaşıdır.

Vəsatət təmin edilib.

Gələn prosesdə Babək Məmmədzadə də yenidən dindiriləcək.


Habere ait video