Yanacaqda problem var, maşına 2000 manatlıq zərər dəydi Bu istiqamətdəki YDMdən vurulub VİDEO
Digərləri 23 Haz 2025 14:08:00 90 0
"Yenə yanacaqlarımızda problem var, rəngi dəyişib".
Son.az bildirir ki, bu barədə Sahil Usta şəxsi tiktok hesabında məlumat verib. Onun dediyinə görə Azərbaycanda yanacağın keyfiyyəti ilə bağlı problem hələ də qalmaqdadır.
"Hyundai Santafe" markalı avtomobilin yanacaq çənindən çıxarılan yanacağı nümayiş etdirən usta benzinin aeroport yolunun ətrafındakı YDM-lərdən birindən doldurulduğunu qeyd edib.
O bildirib ki, avtomobilin yanacaq nasosu, yanacaq çiləyiciləri ( farsunka ) və onla bağlı sensorlar xarab olub, maşına 2000 manatlıq zərər dəyib.
Kaynak: milli.az