İranla müharibə Azərbaycana təsir etdi – Bu məhsullar bazardan yoxa çıxır
Digərləri 23 Haz 2025 14:27:00 80 0
İran-İsrail hərbi münaqişəsi başlayandan qonşu ölkədən Azərbaycana ərzaq məhsulları gətirilmir.
Bu haberi de oku: Qeyrisabit hava nə vaxta kimi davam edəcək?
Son.az xəbər verir ki, bu barədə sahibkar Elgün Məmmədli İTV-yə danışıb.
"Biz İrandan yağ, pendir, xurma, düyü, şokoladlar alırıq. İndi yollar bağlıdır deyə məhsullar gəlmir və qiymətlərdə də artım var. Hazırda kimin əlində nə varsa, onu satır. Bir həftədir ki, yollar bağlıdır, mal ala bilmirik. Ən çox tələbat İran yağlarınadır. Əlimizdə isə az yağ qalıb", - deyə, sahibkar bildirib.
Satıcıların sözlərinə görə, İrandan yeni məhsullar gəlməsə, qiymət artımı qaçılmazdır. Ən çox artım düyü, yağ və xurma kimi məhsullarda gözlənilir.
Digər sahibkar Bahal Bayramov da müharibə səbəbilə məhsul gəlmədiyini söyləyib: "Həm də özləri də mal satmırlar. Deyirlər ki, özümüz üçün saxlayırıq. Bu da bizim bazara təsir edir. Ən ucuz bazar İranındır. Biz ucuzluğa görə işləyirik, baha olsa, işləyə bilmərik. Belə getsə, 10 günə heç İran məhsulu tapılmayacaq".
Ekspertlər isə deyir ki, Yaxın Şərqdəki gərginlik İranın logistika imkanlarını və xarici ticarətini çətinləşdirə bilər.