Brüs Li "kinoya qayıdır" – Yeni dövr başlayır!


Digərləri 23 Haz 2025 12:37:00 86 0

Brüs Li "kinoya qayıdır" – Yeni dövr başlayır!

Brüs Li süni intellektin gücü ilə yenidən böyük ekrana qayıdır.

Milli.az xəbər verir ki, Çin rejissorlarının həyata keçirdiyi "Kung Fu Film Mirası" adlı layihəsi çərçivəsində Brüs Li, Ceki Çan və Cet Li kimi döyüş ustaları klassik filmlərdə süni intellektlə canlandırılacaq.

Filmlər sadəcə bərpa edilməyəcək, tamamilə yeni vizual üslubda, müasir texnologiyalara uyğun şəkildə yenidən hazırlanacaq. Məşhur "A Better Tomorrow" filminin AI versiyası artıq təqdim edilib və bu, tamamilə süni intellektlə istehsal olunan ilk uzunmetrajlı film hesab olunur.