Sevgilisinin maşınını icazəsiz götürdü Məhkəməlik oldular
Digərləri 23 Haz 2025 11:20:00 71 0
Qaradağ rayonu, Lökbatan qəsəbəsində sevgilisini ictimai yerdə təhqir edən şəxs inzibati məsuliyyətə cəlb edilib.
Bu haberi de oku: Azərbaycanda radiasiya təhlükəsi var? – AÇIQLAMA
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə iyunun 21-də baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü Anar Kərimov (soyadlar şərtidir) sevgilisi Aytac Əhmədova və dostları ilə birgə qəsəbədəki restoranlardan birinə gedib. Onlar burada yeyib-içdikdən sonra Anar spirtli içkinin təsiri altında dostları ilə mübahisə edib. Anar Aytacdan ona məxsus maşınla dostlarını evə aparmasını istəyib.
Xanım isə avtomobilin açarını götürərək Anarın avtomobili ilə restorandan təkbaşına gedib. Bir qədər sonra avtomobilin yol polisi tərəfindən saxlanıldığı məlum olub. Anar dərhal həmin yerə gedərək mübahisə yaradıb, qızı söyərək təhqir etməyə başlayıb.
İctimai yerdə asayişi pozan 35 yaşlı kişi polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində inzibati protokol tərtib edilib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə xırda xuliqanlıqda təqsirli bilinən şəxsə 50 manat cərimə tətbiq edilib və o sərbəst buraxılıb.