Bu yay kim eşq tapacaq, kim işini dəyişəcək? Yay fəslinə astroloji baxış
Digərləri 23 Haz 2025 10:20:00 71 0
İsti hava ilə birlikdə həyatımıza yeni enerjilər, yeni fürsətlər və sınaqlar da daxil olur. Ulduzlar bu yay bürclərə müxtəlif istiqamətlərdə sürprizlər hazırlayıb. Kimlər eşq yaşayacaq, kimlər karyerada yüksələcək, bəs diqqətli olması gərəkən bürclər hansılardır?
Bu haberi de oku: Azərbaycanda radiasiya təhlükəsi var? – AÇIQLAMA
Son.az aşağıda 2025-ci ilin yay ayları üçün bürc proqnozlarını sizə təqdim edir:
Qoç
Bu yay Qoçlar üçün temp yüksək olacaq. İyul ayı yeni iş təklifləri ilə gəlir. Hisslərinizdə dürüst olun, çünki gözlənilməz bir eşq sizi tapacaq.
Buğa
Buğalar üçün rahatlıq dövrü başlayır. Ailə ilə vaxt keçirmək və səyahətlər ön planda olacaq. Maliyyə sahəsində ehtiyatlı olmaq tövsiyə olunur.
Əkizlər
Əkizlər üçün sosial dövr. Yeni dostluqlar və qısa səyahətlər gündəmdədir. Avqustda romantik sürprizlər gözlənilir.
Xərçəng
Doğum gününüz yaxınlaşdıqca daxili gücünüz artacaq. Bu yay şəxsi münasibətlərdə dönüş nöqtəsi yaşaya bilərsiniz. Unutmayın, hər son bir başlanğıcdır.
Şir
Enerji yüksəlir, diqqət üzərinizdədir. Karyerada yüksəliş və yeni layihələr sizi gözləyir.
Qız
Plan və analiz zamanı. Qız bürcləri üçün avqust ayı xüsusilə maliyyə baxımından əlverişli olacaq. Sağlamlığınıza da zaman ayırın.