Ermənistanın işğal etdiyi ərazilərimizdə qanunsuz məskunlaşma aparılması məhkəmədə sübut olundu
Digərləri 21 Haz 2025 14:01:00 55 0
İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparılması sübut olunub.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, qondarma rejimin "rəhbəri olmuş" təqsirləndirilən şəxs Bako Sahakyan prokurorun suallarına cavabında Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinə əsasən Suriya və Livan vətəndaşlarının, habelə digər ölkələrdən bəzi vətəndaşların gətirilərək məskunlaşdırıldığını bildirib.
B.Sahakyan söyləyib ki, bu işlərlə qondarma qurumun "sosial müdafiə nazirliyi" məşğul olub. "Bu layihə bizim üçün strateji əhəmiyyətli idi. Çünki birinci müharibədən sonra əhalinin sayı kəskin şəkildə azalmışdı", - deyə o əlavə edib.
Təqsirləndirilən şəxs layihənin uğurla başa çatmadığını da bildirib.