“Şans” imtahanı ilə bağlı abituriyentlərə ŞAD XƏBƏR


Digərləri 21 Haz 2025 20:08:00 92 0

“Şans” imtahanı ilə bağlı abituriyentlərə ŞAD XƏBƏR

Bütün ixtisas qrupları üzrə qəbul imtahanının I cəhdinin nəticələri artıq açıqlanıb. Hazırda abituriyentlər II cəhdə ciddi şəkildə hazırlaşırlar. Bu imtahanlar iyulun 6-da II və III ixtisas qrupları, iyulun 13-də isə I, IV qruplar və III TC alt qrupu üzrə keçiriləcək.

Abituriyentlərin əksəriyyəti bu dəfə ballarını artıracaqlarına ümid edir. Bəziləri hesab edir ki, növbəti - "şans imtahanı" daha asan ola bilər.

Maraqlıdır, bu, həqiqətən belə olacaqmı? Qeyd edək ki, I cəhddə heç bir abituriyent 700 bal toplamağı bacarmayıb. İkinci cəhd bu nəticəni dəyişə bilərmi?

Son.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elmin Nuri bildirib ki, məsələyə iki aspektdən yanaşmaq lazımdır:

"Birinci aspekt odur ki, ikinci cəhd imtahanında abituriyentlərin balları yüksələ bilərmi? Mən deyərdim: bəli, bu mümkündür. Çünki ilk cəhdin tapşırıqları həddindən artıq çətinliyi ilə seçilirdi.

Bunu yüzlərlə, hətta minlərlə abituriyentin fikirlərinə və müəllimlərin şərhlərinə əsaslanaraq deyirəm. Hətta buraxılış imtahanlarında 200-250 bal toplayanların bir çoxu blok imtahanlarında 100 balı çətinliklə keçə bilib".

Ekspert bildirir ki, DİM sualları məktəb proqramına uyğun tərtib etsə də, məktəblər kurikulumu kifayət qədər effektiv keçmədiyi üçün suallar abituriyentlər üçün "anlaşılmaz" olur. Bu səbəbdən II cəhd imtahanlarında müəyyən yumşalmalar gözlənilir.