Fatih Altaylı saxlanıldı
Digərləri 21 Haz 2025 22:57:00 62 0
Jurnalist Fatih Altaylı, YouTube kanalında dünən yayımlanan videosunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı işlətmiş olduğu ifadələr səbəbilə başlanan istintaq çərçivəsində saxlanılıb.
Bu haberi de oku: Yay başladı, temperatur yüksəlir: Bu mövsümə nə qədər hazırıq?
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu, Altaylının YouTube kanalındakı çıxışında yer alan ifadələrə görə "Prezidenti hədələmə" ittihamı ilə istintaqa start verib.
Baş Prokurorluqdan rəsmi açıqlama: "Fatih Altaylı barəsində, öz adına açılmış "YouTube" sosial media kanalında 20.06.2025 tarixində yayımlanan videoda Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğana yönəlmiş təhdid xarakterli ifadələr səbəbilə, Türkiyə Cəza Qanununun 310/2-ci maddəsi və 106/1-ci maddəsi əsasında 'Prezidenti təhdid' cinayətindən resen istintaq başlanmış, adıçəkilən şəxs İstanbul Polis İdarəsinə verilən göstərişə əsasən bu gün saxlanılmışdır"