Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Digərləri 21 Haz 2025 23:09:00 83 0
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Daxil Vəliyev vəfat edib.
Bu haberi de oku: Axundun qaçırdığı qız DANIŞDI: "Çox xoşbəxtəm"
Son.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, Daxil Vəliyev 1980-ci ildə anadan olub. 1999-cu ildə Mehdiabad qəsəbə orta məktəbini bitirib. BDU-nun Sosial elmlər və psixologiya fakültəsində "Fəlsəfə" ixtisası üzrə 1999-2003-ci illərdə bakalavr, 2003-2005-ci illərdə magistr təhsili alıb. 2005-2009-cu illərdə Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının aspirantı olub, 2013-cü ildə "Əli Şəriətinin dini-fəlsəfi görüşləri" mövzusunda dissertasiya işini müdafiə edib və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
O, 2007-ci ildən BDU-nun Sosial elmlər və psixologiya fakültəsində metodist, 2013-cü ildən isə dekan müavini, müəllim, 2017-ci ildən Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti vəzifələrində çalışıb.