“Polad Həşimov, Mübariz İbrahimov metrostansiyaları olsun!” TƏKLİF


Digərləri 21 Haz 2025 17:40:00 73 0

“Polad Həşimov, Mübariz İbrahimov metrostansiyaları olsun!”  TƏKLİF

Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsi ilə bağlı imzaladığı Tədbirlər Planına əsasən, ilin sonunadək Bakı və digər iri şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə yeni adların verilməsi nəzərdə tutulur. Bu sırada metro stansiyalarının da olacağı gözlənilir.

Son.az xəbər verir ki, mövzu ilə bağlı modern.az-a açıqlama verən sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlı metro şəbəkəsinin daha səmərəli fəaliyyəti üçün xəttin dairəvi formada birləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, metro stansiyalarına ad verilərkən ictimai rəy mütləq nəzərə alınmalı, ad seçimində yalnız tarixi şəxsiyyətlərə deyil, həm də Milli qəhrəmanlara üstünlük verilməlidir.

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu hesab edir ki, metro stansiyalarına ədəbiyyat və sənət nümayəndələrinin adlarındansa, qəhrəmanların və şəhidlərin adlarının verilməsi daha məqsədəuyğundur. O bildirib ki, belə addımlar bu insanların adlarının əbədiləşdirilməsinə, onların cəmiyyət üçün nümunəyə çevrilməsinə xidmət edər:

"İnsanlar fəxrlə deyə bilsinlər ki, "Mən Polad Həşimov metrosundan mindim", "Mübariz İbrahimov stansiyasından gəldim"- məncə, belə olmalıdır",- deyə B.Vəziroğlu bildirib.