"Son zəng” təlimatına əməl etməyən direktorlar tənbeh edildi


Digərləri 21 Haz 2025 19:26:00 93 0

"Son zəng” təlimatına əməl etməyən direktorlar tənbeh edildi

İyunun 14-də 112 000-dən çox məzunun, onların valideynlərinin və yaxınlarının, müəllimlərin iştirakı ilə məktəblərdə "Son zəng" tədbirləri keçirilib.

Bu barədə Son.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ümumi təhsil müəssisələrinə bu tədbirlərin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib. Bununla yanaşı, Agentliyin yerli təhsili idarəetmə bölmələri tərəfindən "Son zəng" gününün təlimata uyğun keçirilməsini, şagirdlərin və tədbirdə iştirak edən bütün şəxslərin təhlükəsizliyini, eləcə də məktəb mühitində nizam-intizamı təmin etmək məqsədi ilə müəssisələrdə monitorinqlər aparılıb.

Tədbirlərin icrasına nəzarət və aparılan monitorinqlər nəticəsində deyə bilərik ki, "Son zəng" tədbirləri ümumi təhsil müəssisələrinə göndərilmiş müvafiq təlimatların tələblərinə, eyni zamanda təhlükəsizlik qaydalarına riayət olunmaqla həyata keçirilib: