Avtomobilini təmirə aparmışdı amma yandı
Digərləri 21 Haz 2025 18:00:00 86 0
Qax şəhərində yerləşən İsmayıl Dağıstanlı küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexində yanğın hadisəsi baş verib. Təmir üçün gətirilmiş "Tofas" markalı minik avtomobilində başlayan yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları zədələnib.
Bu haberi de oku: Dənizaşırı ərazilərdə internetə məhdudiyyət, Fransa ilə müqayisədə zəif sürət, yüksək qiymət – BTQNİN ARAŞDIRMASI
Son.az xəbər verir ki, yanğının digər yaxınlıqda yerləşən sexlərə keçməsinin qarşısı operativ müdaxilə sayəsində vaxtında alınıb.
Faktla bağlı Qax rayon Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən araşdırma aparılır. Yanğının başvermə səbəbləri dəqiq müəyyənləşdirilir. İlkin ehtimala görə, avtomobilin təmir zamanı texniki nasazlıq və ya elektrik sistemində qısaqapanma yanğın səbəbi ola bilər.
Hadisə zamanı xəsarət alan olmayıb, lakin avtomobilə ciddi ziyan dəyib. Əraziyə hüquq-mühafizə orqanları da cəlb olunub.