Rusiya İranı niyə tək qoydu?
Digərləri 19 Haz 2025 20:46:00 78 0
Rusiyanın Yaxın Şərqdəki nüfuzu azalır.
Son.az xəbər verir ki, bunu İranın İsraillə qarşıdurması fonunda göstərdiyi passivlik sübut edir.
Halbuki İran Ukrayna müharibəsində Rusiyaya dronlar ilə yardım edib və bu il iki ölkə arasında hərbi əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Lakin İsrailin İrana qarşı hücumlarından sonra Rusiya yalnız bəyanat və telefon zəngləri ilə kifayətlənib.
Ekspertlərin fikrincə, Moskvanın bu passivliyi həm Ukraynadakı müharibə səbəbindən hərbi imkanlarının məhdud olması, həm də ABŞ və İsraillə birbaşa toqquşmadan yayınmaq istəyi ilə bağlıdır. Üstəlik, İranın nüvə silahı əldə etməsi və bölgədə daha güclü aktora çevrilməsi də Rusiyanın maraqlarına uyğun deyil.
Asya Son.az