Ceyhun Kazımov yüksək vəzifəyə təyin olundu


Digərləri 19 Haz 2025 23:44:00 69 0

Ceyhun Kazımov yüksək vəzifəyə təyin olundu

Xəbər verdiyimiz kimi, Baş Prokurorluqda kadr dəyişiklikləri olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov vəzifəsindən azad edilərək, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, Ceyhun Kazımova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Son.az