Zaxarovadan Karapetyanla bağlı açıqlama


Digərləri 19 Haz 2025 20:31:00 79 0

Zaxarovadan Karapetyanla bağlı açıqlama

"Ermənistanda saxlanılan Rusiya vətəndaşı, biznesmen Samvel Karapetyana Rusiyadan lazım olan bütün yardımlar göstəriləcək". 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova bildirib ki, bu mövzunu daha da müzakirə etmək üçün Rusiya tərəfi nə baş verdiyini başa düşməli, ittihamlarla tanış olmalıdır.

"Rusiya vətəndaşı və Rusiya biznesmeni kimi ona təbii ki, lazımi köməklik göstəriləcək", - Zaxarova vurğulayıb.