Məşhur müğənni göz yaşları içində səhnə ilə VİDALAŞDI
Dünya 17 Haz 2025 15:20:00 86 0
Erkən mərhələdə döş xərçəngi diaqnozu qoyulan Jessie J Wembley Stadionunda emosional konserti ilə pərəstişkarları ilə vidalaşıb.
Bu haberi de oku: İranın İsrailə yeni raket hücumu başladı
Son.az xarici mediaya istinadla xəbər verir ki, səhnədə olarkən göz yaşlarını saxlaya bilməyən sənətçi müalicə prosesindən əvvəl son dəfə səhnəyə çıxdığını bildirib.
37 yaşlı sənətçi minlərlə pərəstişkarını yola salmaq üçün Capital Summertime Ball çərçivəsində səhnəyə çıxıb və musiqiyə ara verəcəyini açıqlayıb. Göz yaşlarını saxlaya bilməyən Jessie J emosional anlar yaşayıb.
"Bu gün bu konsert mənim döş xərçəngi ilə mübarizəyə getməmişdən əvvəlki son konsertimdir. Bu an mənim üçün o qədər xüsusidir ki, bunu təsvir edə bilmirəm" .