İsrail qırıcıları Türkiyə hava məkanını pozdu F16lar havaya qaldırıldı


Dünya 17 Haz 2025 16:30:00 58 0

İsrail qırıcıları Türkiyə hava məkanını pozdu  F16lar havaya qaldırıldı

İyunun 13-də, İrana qarşı edilən hücumların ilk gecəsində İsrail qırıcıları Türkiyənin hava məkanını pozub.

Son.az xəbər verir ki, bu barədə məlumatı "Hürriyet" qəzetinin əməkdaşı Hande Fırat yayıb.

O bildirib ki, Türkiyə Hərbi Hava Qüvvələri İsrail təyyarələrinin hava məkanını pozduğunu dərhal aşkar edərək, bir neçə F-16 qırıcısını havaya qaldırıb.