İsrail ordusu İranın daha bir generalını öldürdü İyunun 13də təyin edilmişdi


Dünya 17 Haz 2025 10:24:00 89 0

İsrail ordusu İranın daha bir generalını öldürdü  İyunun 13də təyin edilmişdi

İsrail ordusunun gecə boyunca həyata keçirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin "Hatam-al-Anbiya" mərkəzi qərargahının rəisi, SEPAH generalı Əli Şadmani həlak olub.

Son.az xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu açıqlayıb.

Qeyd edək ki, Əli Şadmani bu vəzifəyə iyunun 13-də təyin edilmişdi.