Yəhudiləri azad edən iranlı 2500 il öncə bir iranlı “Mesih” idi – Bəs indi nə dəyişdi?
Dünya 17 Haz 2025 09:30:00 78 0
Yəhudilər bir İranlıyı "Məsih" elan etmişdi – Tarixdə maraqlı fakt
Bu haberi de oku: Xameneinin suiqəsdlə aradan götürülməsi... Netanyahu
Bu gün dünyada İran və İsrail arasında kəskin siyasi və hərbi gərginlik yaşanır. Lakin tarixə nəzər salsaq, tamamilə fərqli bir mənzərə ortaya çıxır: Yəhudi xalqı bir vaxtlar fars şahına - Böyük Kirusa xilaskar kimi yanaşırdı. Hətta müqəddəs kitablarında ona "Tanrı tərəfindən məsh edilmiş şəxs", yəni "Məsih" deyə müraciət olunurdu.
Bəs necə oldu ki, yəhudilər bir iranlını özlərinin azadlıq simvoluna çevirdilər? Bu tarixi hadisənin kökləri haradan gəlir?
Yəhudilər bir İranlıyı "Məsih" elan etmişdi - Tarixdə maraqlı fakt
Son.az tarixi faktlara istinadən xəbər verir ki, yəhudilərlə İran arasında bu gün mövcud olan gərgin münasibətlərə baxmayaraq, 2500 il əvvəl yəhudilər bir iranlını - Fars şahı Böyük Kirusu (Kir II) "Məsih" (yəni xilaskar) kimi qəbul ediblər.
Tarixi mənbələrə əsasən, Böyük Kirus eramızdan əvvəl 539-cu ildə Babilistanı fəth etdikdən sonra, orada əsirlikdə olan yəhudilərə azadlıq verib və onların Yerusəlimə - vətənlərinə dönməsinə şərait yaradıb. O, həmçinin yəhudilərin müqəddəs məbədlərinin yenidən qurulmasına icazə verib.