İran Mossadın binasını vurdu


Dünya 17 Haz 2025 11:44:00 82 0

İran Mossadın binasını vurdu

İranın raket zərbəsi nəticəsində İsrailin xarici kəşfiyyat xidməti olan Mossada məxsus olduğu iddia edilən obyektin vurulduğu bildirilir.

Son.az xəbər verir ki, məlumatı İranın rəsmi Mehr xəbər agentliyi yayıb.

Agentliyin məlumatına görə, hədəfə alınan bina İsrailin kəşfiyyat strukturlarının regional fəaliyyətlərini əlaqələndirdiyi mühüm mərkəzlərdən biri olub.

Zərbə nəticəsində obyektin ciddi zədələndiyi və mümkün insan tələfatı barədə də qeyri-rəsmi məlumatların yayıldığı qeyd olunur.

Xatırladaq ki, bölgədəki gərginlik İsrail və İran arasında qarşılıqlı zərbələrlə kritik həddə çatıb. Tərəflərin hərbi fəaliyyətləri təkcə regionda deyil, qlobal enerji bazarlarında və beynəlxalq diplomatik münasibətlərdə də ciddi narahatlıq doğurur.

Kənan Son.az