Təbrizi vuran PUAların Naxçıvandan “qalxması”… Sübhani


Dünya 17 Haz 2025 20:12:00 73 0

Təbrizi vuran PUAların Naxçıvandan “qalxması”…  Sübhani

İranın Ermənistandakı səfiri Mehdi Sübhani İsrailin pilotsuz təyyarələrinin guya Naxçıvan və Qarabağ ərazisindən İrana hücum etməsi barədə iddialara cavab verib.

Bu haberi de oku: Kiyevdə matəm elan olundu

Son.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Sübhani erməni jurnalistlərin bu yöndən sorğusunu cavablandırıb.

"Məndə belə bir məlumat yoxdur", - o bildirib.

Qeyd edək ki, iranlı politoloq, SEPAH-ın göstərişlərini icra edən Salar Seyfəddin guya Təbrizi vuran (həm də məhz Təbrizi - red.) PUA-ların Naxçıvan və Qarabağdan qalxdığı haqda cəfəngiyyat səsləndirib və təbii ki, erməni mediası da bunu həvəslə tirajlayıb.

Xatırladaq ki, İranı vuran İsrail PUA-larının İranda istehsal edildiyi, yığıldığı, daşındığını İran kəşfiyyatı təsdiqləyib və İsrail casuslarını 4 gündür həbs etməklə məşğuldur.