İranda mühasirədə qalan türk müğənnidən XƏBƏR VAR
Şou-biznes 17 Haz 2025 12:44:00 71 0
İranda mühasirədə qalan müğənni Lara vətəni Türkiyəyə qayıdıb.
Bu haberi de oku: Məleykə Əsədova Xalq artistini "ifşa etdi": "Hamını aldadır"
Son.az xəbər verir ki, bu barədə müğənni özü məlumat verib.
Orada vəziyyətinin pis olduğunu deyən sənətçi artıq rahat və təhlükəsiz yerdədir.
Xatırladaq ki, Lara iranlı həyat yoldaşı Mehdi Kariminin ailəsini ziyarət etmək üçün İrana getmişdi.
Lara sosial şəbəkədə "İrandayam, vəziyyət çox gərgindir. Sosial mediaya çox çətinliklə daxil oldum. Nə telefon işləyir, nə də internet var. Dualarınızı əsirgəməyin. Allah İran xalqının yanında olsun" deyə paylaşım etmişdi.
Fidan Son.az