"Qızlar mənə nömrələrini verirlər"


Şou-biznes 17 Haz 2025 19:24:00 93 0

"Qızlar mənə nömrələrini verirlər"

Əfsanəvi aktyor Arnold Şvartsenegger maraqlı etirafı ilə gündəmə gəlib.

Bu haberi de oku: Ozan Akbaba Bakıda toyda

Son.az xarici mediaya istinadla xəbər verir ki, 77 yaşlı Hollivud ulduzu zarafatla bildirib: "Əvvəllər idman zalında qadınlar yanıma gəlib nömrələrini verirdilər. Amma indi yaxınlaşıb deyirlər: 'Bu mənim nömrəmdir - Patrikə verərsən'".

Məlumata görə Arnoldun 31 yaşlı oğlu Patrik hazırda "Ağ Lotus" ("The White Lotus") serialının yeni mövsümündə rol alır və bu roldan sonra qadınların diqqəti tamamilə ona yönəlib.

Arnold deyib ki, Patrik əvvəllər yalnız "Terminatorun oğlu" kimi tanınmasından narahat idi: "Tez-tez deyirdi ki, verdiyi müsahibələrdə sualların əksəriyyəti mənim haqqımda olurdu. Amma indi vəziyyət dəyişib. Hətta bir jurnalist mənə yaxınlaşıb soruşdu: 'Patrik Şvartseneggerin atası olmaq necə hissdir?'"